Məktəbəhazırlıq qruplarında dərslər başladı

Növbəti həftədən etibarən ibtidai sinif şagirdləri Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda həftədə 3 dəfə əyani təhsilə cəlb ediləcəklər. Bununla da onların əyani formada dərs saatları 8-dən 10 və ya 11 saata (həftəaşırı) qədər artacaq.
Ölkənin digər regionlarında yerləşən və şagird sayı 200-dən az olan məktəblər ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər.
15 oktyabrdan isə tam orta təhsil səviyyəsi üzrə təhsil alan şagirdlər məktəbə gələ biləcəklər.
Azvision.az
Teqlər: Məktəbəhazırlıq Dərs