“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək

“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
  01 Oktyabr 2020    Oxunub:1939
Hər ilin maliyyə göstəricilərinin yekunlarına əsasən, “Kapital Bank” səhmdarlarına əldə etdiyi mənfəətdən dividendlər ödəyir. 2020-ci il ərzində də “Kapital Bank” 2019-cu ilin mənfəətinə əsasən səhmdarlarına dividendlər ödəyib.
“Kapital Bank” dividendlərin növbəti hissəsinin 2021-ci ilin yanvar ayında ödənilməsi ilə bağlı səhmdarlarının ümumi yığıncağının iclasını çağırır. Bununla əlaqədar səhmdarlar, qeyd olunan vaxtda əvvəlki qaydada bankın filiallarına müraciət edə bilərlər.

Qeyd edək ki, “Kapital Bank”ın səhmlərinin 99,87 faizi “PAŞA Holdinq”ə, 0,13 faizi isə fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalı 245,8 milyon AZN-dir. Hazırda “Kapital Bank” Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.

Azvision.az



Teqlər: KapitalBank  





Xəbər lenti