BŞTİ: 27 mindən çox uşaq qeydiyyatdan keçib

BŞTİ: 27 mindən çox uşaq qeydiyyatdan keçib
  01 Oktyabr 2020    Oxunub:3087
Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. 2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 279 ümumi təhsil müəssisəsinin 1 047 məktəbəhazırlıq qrupuna 27 136 uşaq qeydiyyadan keçib.
BŞTİ-dən Azvision.az -a verilən məlumata görə, məktəbəhazırlıq qruplarında məşğələlər mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar yarımqruplar üzrə tədris olunur.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir.

2020-2021-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunub.

Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.

Azvision.az



Teqlər: Məktəbəhazırlıq  





Xəbər lenti