“Artıq düşmən cəbhəyə qadınlarını göndərir” - Vaqif Dərgahlı

  “Artıq düşmən cəbhəyə qadınlarını göndərir” -    Vaqif Dərgahlı
  02 Oktyabr 2020    Oxunub:4644
Əldə olunan məlumata əsasən, son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən düşmən ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşir.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, bBuna səbəb çoxlu sayda itkilərlə yanaşı Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsidir.

"İtkilərinin günü-gündən artması və ehtiyat qüvvələrinin az olması Ermənistan müdafiə nazirliyini ölkə qadınlarına müraciət etməyə vadar edib. Ermənistan müdafiə nazirliyi tərəfindən artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir", - deyə nazirlik rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti