Dünyada gəlirlərinin yarısı insanların 8 faizinin payına düşür

Dünyada gəlirlərinin yarısı insanların 8 faizinin payına düşür
  31 Yanvar 2014    Oxunub:1261
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının (UNDP) nümayəndəsi Helen Klark təşkilatın yoxsulluqla mübarizəyə həsr edilmiş yeni hesabatında bildirib ki, geniş yayılmış və kök salmış qeyri-bərabərlik günümüzün reallığıdır.

Hesabata əsasən, son bir neçə onillikdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı ilə bağlı inanılmaz dəyişikliklər baş verib, dünyanın bütün regionlarında yoxsulluq dərəcəsinin azalmasına nail olunub, bazarları inkişaf edən ölkələrdə misilsiz iqtisadi artım qeydə alınıb.

Lakin dünyada qeyri-bərabərlik hələ də qalır. Belə ki, bütün dünya gəlirlərinin yarısı Yer kürəsinin varlı əhalisinin 8 faizinin payına düşür, qalan 92 faizi isə planet sakinləri öz aralarında bölüşür. BMT ekspertləri qeyd edirlər ki, qeyri-bərabərlik səviyyəsinin yüksək olması inkişafı dayandırır, iqtisadi artıma mane olur, demokratik islahatları zəiflədir və sosial bərabərliyi təhlükə altına alır.

Son iyirmi ildə dünyada inkişaf etməkdə olan ölkələrdə qeyri-bərabərliyin miqyası orta hesabla 11 faiz, inkişaf etmiş ölkələrdə 9 faiz artıb.

Burada söhbət insanların qeyri-bərabər gəlirlərindən və qeyri-bərabər imkanlarından gedir. Hesabat müəllifləri diqqəti müxtəlif ölkələrdə qeyri-bərabərliyin əksər aspektlərinə, o cümlədən qadın və kişilər, kənd və şəhər sakinləri arasında qeyri-bərabərliyə yönəldir. BMT rəsmiləri gəlirlərdə, məşğulluq, təhsil və səhiyyə sahələrində qeyri-bərabərliyin mövcudluğunu qeyd edirlər.


Teqlər:  





Xəbər lenti