Tramp “Remdesivir”lə müalicəyə başlayıb

Tramp “Remdesivir”lə müalicəyə başlayıb
  03 Oktyabr 2020    Oxunub:1413
Koronavirusa yoluxmuş ABŞ Prezidenti Donald Tramp “Remdesivir” dərmanını qəbul etməyə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə onun həkimi Şon Konli deyib.

Həkimin sözlərinə görə, Amerika lideri artıq dərmanın ilk dozasını qəbul edib və özünü yaxşı hiss edir.

"Prezident özünü çox yaxşı hiss edir, əlavə oksigenə ehtiyac duymur, amma mütəxəssislərlə məsləhətləşdikdən sonra “Remdesivir” ilə müalicəyə başlamağa qərar verdik", - deyə həkim əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və xanımı Melanyanın koronavirus testi müsbət çıxıb. Ağ Evin aparat rəhbəri Mark Midous xəstəliyinə baxmayaraq, Trampın işinə davam etdiyini söyləyib.

Hazırda ABŞ lideri hərbi xəstəxanadadır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti