ABŞ rəsmisi Türkiyəyə Qarabağ danışıqlarına gedir

ABŞ rəsmisi Türkiyəyə Qarabağ danışıqlarına gedir
  03 Oktyabr 2020    Oxunub:2671
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker Qafqazdakı vəziyyəti müzakirə etmək üçün Türkiyəyə səfər edəcək.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ABŞ rəsmisi oktyabrın 3-dən 5-dək Ankara və İstanbulda səfərdə olacaq.
Məlumata görə, səfər müddətində Riker türkiyəli rəsmilərlə ABŞ-ın NATO müttəfiqi ilə əlaqələrinin inkişafı, o cümlədən Şərqi Aralıq dənizi və Qafqazdakı vəziyyəti (Söhbət Qarabağdakı vəziyyətdən gedir) müzakirə edəcək.

Səfərin gündəliyi barədə əlavə məlumat verilməyib.

Aytən Zəhra
Azvision.az


Teqlər: ABŞ   Türkiyə   Qarabağ  





Xəbər lenti