Səfirlik İrəvandakı amerikalılara xəbərdarlıq etdi

Səfirlik İrəvandakı amerikalılara xəbərdarlıq etdi
  03 Oktyabr 2020    Oxunub:1966
ABŞ-ın Ermənistandakı səfirliyi Dağlıq Qarabağda davam edən hərbi əməliyyatlar kontekstində Amerika vətəndaşlarına xüsusi əhəmiyyəti olmayan səyahətlərdən çəkinmək barədə xəbərdarlıq edib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin yaydığı açıqlamada deyilir.

Diplomatik nümayəndəliyin əməkdaşlarına və onların ailə üzvlərinə, digər ABŞ vətəndaşlarına İrəvanı tərk etməmək tövsiyə olunub.

Səfirlik, vətəndaşlarına Dağlıq Qarabağa getməmələri barədə də xəbərdarlıq edib. Açıqlamada vətəndaşları izdiham və mitinqlərdən çəkinməyə çağırılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   İrəvan  





Xəbər lenti