Gürcüstan hərbi yüklərin daşınmasını qadağan etdi

 Gürcüstan hərbi yüklərin daşınmasını qadağan etdi
  03 Oktyabr 2020    Oxunub:2244
Gürcüstan hökuməti ölkə ərazisindən Ermənistana və Azərbaycana xüsusi icazə olmadan hərbi yüklərin daşınmasını qadağan edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

O, buna səbəb kimi Dağlıq Qarabağdakı hərbi əməliyyatları göstərib.

"Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlara görə, Gürcüstan ərazisindən hərbi yüklərin hər iki ölkə istiqamətində quru və hava yolları ilə daşınmasına icazə verilməsini müvəqqəti dayandırdı”, - deyə Qomelauri əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti