Zurabişvili Azərbaycan və Gürcüstanı dialoqa çağırdı

Zurabişvili Azərbaycan və Gürcüstanı dialoqa çağırdı
  03 Oktyabr 2020    Oxunub:2279
Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan və Ermənistan hakimiyyətlərini dialoqa qayıtmağa və vəziyyətin de-eskalasiyası istiqamətində addımlar atmağa çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə xanım Prezident Gürcüstan Milli Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi brifinqdə deyib.

“Mən iki dost və qonşu dövlətimizin prezidentlərini və səlahiyyətlilərini dialoqu mümkün qədər tez bərpa etməyə, de-eskalasiya və atəşkəs istiqamətində addımlar atmağa çağırıram", - Zurabişvili bildirib.

Gürcüstan Prezidenti qeyd edib ki, Tbilisi tərəflər arasında danışıqların aparıla biləcəyi yer ola bilər.

Eyni zamanda, o, bölgəyə sülh və sabitliyin qaytarılmasının hər üç ölkənin - Gürcüstan, Azərbaycan və Ermənistanın ortaq maraqları olduğunu vurğulayıb.

Zurabişvili, həmçinin Avropa İttifaqını vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün səylər göstərməyə çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Zurabişvili  





Xəbər lenti