Qarabağdakı döyüşlər Ermənistan iqtisadiyyatını çökdürür

Qarabağdakı döyüşlər Ermənistan iqtisadiyyatını çökdürür
  03 Oktyabr 2020    Oxunub:2582
Dağlıq Qarabağda bir neçə gündür davam edən hərbi əməliyyatlar işğalçı Ermənistanın iqtisadiyyatını çökdürüb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hökumət 2020-ci ildə iqtisadi tənəzzülün gözləniləndən daha yüksək olacağını etiraf edib.

Oktyabrın 6-da Ermənistan parlamentinin növbədənkənar iclası olacaq və dövlət büdcəsində dəyişiklik layihəsinə baxılacaq.

Qeyd edilib ki, əvvəllər iqtisadi tənəzzülün əsas səbəbi koronavirusun yaratdığı böhran idi, indi isə təmas xəttindəki müharibə ilə yanaşı, Ermənistanda elan edilmiş hərbi vəziyyət də bura əlavə olunub.

Ermənistan hökumətinin hesablamalarına görə, baş verən döyüş əməliyyatlarının nəticələrinə əsasən, 2020-ci ilin sonunda, cari xərclər təxminən 40 milyard dram (80 milyon dollardan bir az çox) artacaq.

Xüsusilə məşğulluqda azalma, özəl sektorda tələbin düşməsi, habelə qeyri-müəyyənlik və risklərdə artım gözlənilir. Nəticədə iqtisadiyyatın aprel ayında gözlənilən 2 faiz ilə müqayisədə 2020-ci ildə 6,8 faiz nisbətində azalacağı gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti