Poroşenko və qızı koronavirusa yoluxdu

Poroşenko və qızı koronavirusa yoluxdu
  03 Oktyabr 2020    Oxunub:1914
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Marina Poroşenko məlumat yayıb.

O, təkcə həyat yoldaşının deyil, qızının da koronavirusa yoluxduğunu söyləyib.

"Petro Alekseeviç koronavirus xəstələrinin müalicə edildiyi Kiyev xəstəxanalarından birinə yerləşdirilib”, - deyə sabiq birinci xanım bildirib.

Onun sözlərinə görə, Poroşenko təyin olunmuş müalicə kursuna ciddi əməl edir.

Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti