Türkiyədə daha 59 nəfər virusdan ölüb

Türkiyədə daha 59 nəfər virusdan ölüb
  04 Oktyabr 2020    Oxunub:2165
Türkiyədə son sutka ərzində 59 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazirin sözlərinə görə, 1502 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 8384, virusa yoluxanlar isə 323 014 nəfərə çatıb. İndiyə qədər 283 bin 868 nəfər sağalaraq evə buraxılıb.

Azvision.az



Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti