Ermənistan çempionu Qarabağda məhv edildi

Ermənistan çempionu Qarabağda məhv edildi
  04 Oktyabr 2020    Oxunub:3030
Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak edən erməni idmançı məhv edilib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilib ki, ağırlıqqaldırma üzrə ölkə çempionu olan Tatul Harutyunyan Qarabağda öldürülüb. Onunla birlikdə döyüşə gedən digər idmançılar - Avropa çempionu Arsen Harutyunyan, Gegham Torgomyan, Ermənistan Dövlət Bədən Tərbiyəsi institutunun prorektoru Gagik Sarkisyandan isə xəbər yoxdur.

Ailələri onların sağ olması barədə heç bir məlumat ala bilməyib.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Qarabağ  



Xəbər lenti