Ukrayna və Serbiya ombudsmanlarından dəstək

Ukrayna və Serbiya ombudsmanlarından dəstək
  05 Oktyabr 2020    Oxunub:1508
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya Ukraynanın İnsan Hüquqları üzrə Parlament Müvəkkili və Serbiya Vətəndaşlarının Müdafiəçisi tərəfindən dəstək məktubları ünvanlanıb.
Azvision.az xəbər verir ki, Ukrayna və Serbiyadan olan həmkarları Ombudsmana məktublarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisində yerləşən yaşayış məntəqələrinin hədəfə alınması ilə ağır artilleriyadan atəşə tutulması və insan tələfatı ilə nəticələnən vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər. Hər iki məktubda Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunub.

Azvision.az


Teqlər: Ombudsman  





Xəbər lenti