İbtidai sinif şagirdlərinin əyani dərs saatları artırıldı

Yeni normalara əsasən, ölkənin digər regionlarında yerləşən və şagird sayı 200-dən az olan məktəblər bu həftədən ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər. Bu zaman məktəb rəhbərliyi sinifdə sosial məsafənin gözlənilməsini əsas meyar götürərək qərar verməlidir. Hazırda şagird sayı 200-dən az olan və sinifdə şagird sıxlığı sosial məsafəni gözləməyə imkan verən ümumi təhsil müəssisələrinin sayı 1700-ə yaxındır. Şagird sıxlığı epidemioloji vəziyyətin tələb etdiyi normaya uyğun olmadığı region məktəblərində əyani formada dərslər həftədə 3 dəfə olmaqla davam edəcək.
Azvision.az
Teqlər: İbtidai-sinif