Cəbhəyanı bölgələrdə 650 yeni ailə təsərrüfatı yaradılıb
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, onların əksər hissəsini şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və veteranları, digər kateqoriyalara aid əlilliyi olan şəxslər, məcburi köçkünlər, çoxuşaqlı ailələrin üzvləri və b. təşkil edib. Verilmiş aktivlər hesabına onların ailə təsərrüfatları yaradılıb.
Ümumilikdə bu il özünüməşğulluq proqramı əsasında ölkə üzrə 2200-dən çox şəxs aktivlərlə təmin olunub. Proqram çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılması işləri davam edir.
Azvision.az
Teqlər: ƏƏSMN