Azərbaycan OPEC qarşısındakı öhdəliyini yerinə yetirib

Azərbaycan OPEC qarşısındakı öhdəliyini yerinə yetirib
  07 Oktyabr 2020    Oxunub:1694
Bu ilin sentyabr ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 653,5 min barel olub. Bunun 585 min barelini xam neft, 68,5 min barelini isə kondensat təşkil edib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, xam neftin 460 min bareli “Azəri-Çıraq-Günəşli”, 125 min bareli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.

“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkada xam neft hasilatını 133 min barel azaldıb. Bununla da Azərbaycan sentyabrda “OPEC plus” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.

12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barel azaldılması ilə bağlı II mərhələsi 1 avqust-31 dekabr tarixlərini əhatə edir.


Azvision.az



Teqlər: Energetika   OPEC   Neft  





Xəbər lenti