Düşənbə-Bakı birbaşa hava xətti açılacaq

Düşənbə-Bakı birbaşa hava xətti açılacaq
  01 Fevral 2014    Oxunub:1243
Azərbaycan-Tacikistan əlaqələrinin daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin Baş nazirinin müavini Marxabo Cabborova ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən təhsil, mədəniyyət, səhiyyə, kadr hazırlığı, ailə, qadın və uşaqların sosial problemlərinin araşdırılması və həlli istiqamətində əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib.

Tərəflər xalqlarımızın tarixən bütün sahələrdə sıx əlaqələrinin mövcud olduğunu, Azərbaycan və Tacikistanın dövlət başçıları arasında səmimi dostluq münasibətlərinin dövlətlərarası əlaqələrin genişləndirilməsi üçün etibarlı baza yaratdığını vurğulayıblar.

Bildirilibr ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun ötən ilin iyul ayında Azərbaycana rəsmi səfəri o cümlədən Azərbaycan-Tacikistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 2013-cü ilin sentyabrında Bakıda keçirilmiş iclasında əməkdaşlıq üçün yeni imkanlar yaradan sənədlər imzalanıb.

M.Cabborova deyib ki, Tacikistan Azərbaycan ilə əlaqələrin dərinləşdirilməsində maraqlıdır. O, əminliyini bildirib ki, birgə iş öz bəhrəsini verəcək. Baş nazirin müavini Tacikistanda test üsulu ilə universitetlərə qəbulun başlandığını və bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq istəyini ifadə edib. M. Cabborova Tacikistanda qadınların və gənclərin problemləri haqqında da məlumat verərərək, bu sahədə ölkədə görülən işlərdən danışıb. O, səfirliyin ötən il Tacikistanda keçirdiyi çoxsaylı mədəni tədbirlərə görə A.Həsənova təşəkkürünü bildirib.

Səfir ölkələrimiz arasında indiyədək imzalanan sənədlərin həyata keçirilməsi mexanizmi, 2014-cü ildə nəzərdə tutulan mədəni tədbirlər haqqında məlumat verib və Düşənbə-Bakı birbaşa hava xəttinin açılmasının önəmini vurğulayıb.


Teqlər:





Xəbər lenti