Almaniya XİN Qarabağla bağlı bəyanat yaydı

 Almaniya XİN Qarabağla bağlı bəyanat yaydı
  10 Oktyabr 2020    Oxunub:3092
Almaniya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında əldə edilmiş humanitar atəşkəsi dəstəkləyir.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"Almaniya hökuməti Moskvada Ermənistan və Azərbaycan arasında humanitar məqsədlər üçün atəşkəsə dair razılaşmanı alqışlayır və hər iki tərəfi atəşkəsə riayət etməyə, nəyin bahasına olursa-olsun yeni itkilərin qarşısını almağa çağırır.

Hər iki ölkənin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə nizamlanmanın əsas prinsipləri üzrə məzmunlu danışıqlara başlamağa hazır olduqlarını alqışlayırıq.

Ermənistanı və Azərbaycanı münaqişənin sülh yolu ilə davamlı həlli istiqamətində intensiv çalışmağa çağırırıq”, - deyə bəyanatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT-inMinskQrupu  





Xəbər lenti