ABŞ şirkətləri iqtisadi gələcəklərinə nikbinliklə baxır

ABŞ şirkətləri iqtisadi gələcəklərinə nikbinliklə baxır
  02 Fevral 2014    Oxunub:1154
Belə düşünməyə Biznes İtisadiyyatı Milli Assosiasiyasının sorğusu əsas verib.
Amerika şirkətləri iqtisadi gələcəklərinə nikbinliklə baxır. Yavaş başlanğıcdan sonra 2013-ci ildə satışların artması bizneslərin etimadını doğruldub.

AzVision.az xəbər verir ki, Biznes İtisadiyyatı Milli Assosiasiyanın bildirdiyinə görə, sorğuda iştirak edən 64 üzvünün 70 faizi bu il Amerikada iqtisadi artımın 2.5-3 faiz olacağını düşünür.

Assosiasiyanın əməkdaşı Ken Simonson ən aşağı göstəricinin oktyabr ayında hökumətin başlandığı vaxt qeydə alındığını deyir. “Bu, 2013-cü ildə investisiyanı yavaşıtdı. İndi isə investorların daha artıq yatırım edəcəyi güman edilir. Hər halda sorğu buna əsas verir.”

Respondentlərin üçdə ikisindən çoxu gəlirlərin artacağını, yarısı isə qiymətlərin yüksələcəyini təxmin edir. 37 faiz isə gələn 6 ay ərzində daha artıq insanı işlə təmin edəcəyini bildirib. Lakin onlar deyir ki, təcrübəsiz işçi qüvvəsi yeni iş yerlərinin artımına mane olacaq. Ken Simonson: “Şirkətlərin dördə biri təcrübəli işçi tapmağın problem olduğunu bildirib.”
Bu, əsasən 100 milyard dollarlıq 135 investisiya layihəsinə malik olan neft-kimya sahəsində özünü biruzə verəcək. Ken Simonson: “135 investisiya layihəsini hazırkı işçi qüvvəsi ilə qısa zamanda həyata keçirmək mümkün deyil. Bunun üçün xaricdən işçilərə ehtiyac duyulur. Bunu etməsən qiymətlər qalxacaq, yubanmalar və ixtisarlar olacaq.”

Marketin dəyişkən olmasına baxmayaraq sorğuda iştirak edən şirkətlər Federal Ehtiyatların valiyuta siyasətinin iş bazarlarına təsiri olmayacağını düşünür.

Respondent şirkətlərin 20 faizi hesab edir ki, “Obamacare” kimi tanınan sağlamlıq sığortası proqramı neqativ təsirə malik olacaq.

amerikaninsesi.org


Teqlər:





Xəbər lenti