Şəhriyar Məmmədyarov əsgərlərə müraciət edib

Şəhriyar Məmmədyarov əsgərlərə müraciət edib
  13 Oktyabr 2020    Oxunub:2928
Azərbaycanın dünya şöhrətli şahmatçısı Şəhriyar Məmmədyarov Vətənin azadlığı uğrunda mübarizə aparan əsgərlərə müraciət edib.
Azvision.az xəbər verir ki, 35 yaşlı idmançı bu barədə özünün "Facebook" səhifəsində paylaşım edib.

Ş.Məmmədyarov qeyd edib ki, xalqımız düşmənə sinə gərən əsgərlərimizin yanındadır: "Mənə görə bir vətəndaşı qələbəyə aparan əsas iki qüvvə var: Xalqın dəstəyi, özünəinam və ruh yüksəkliyi. Üzümü əsgərlərimizə tutub deyirəm. Xalqımız, hər birimiz sizinləyik, hər an fikrimiz sizin yanınızdadır və qəlbimiz sizlərlə döyünür. Biz sizə inanırıq. Ruhunuzu yüksək tutun və inanın, siz qalib gələcəksiniz. Çünki yolunuz haqq yoludur və haqq mütləq qalib gələcək.

Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır! Qələbə bizimdir!”

Azvision.az


Teqlər: ŞəhriyarMəmmədyarov  





Xəbər lenti