TAP layihəsi tamamlandı

 TAP layihəsi tamamlandı
  13 Oktyabr 2020    Oxunub:5266
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP tamamlanıb.
Azvision.az xəbər verir ki, bu barədə TAP konsorsiumu elan edib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, dünyanın bəlkə də ən böyük sənaye layihəsi olan Cənub Qaz Dəhlizi bütün çətinlikləri dəf edib və artıq reallaşıb.

"Cənub Qaz Dəhlizi 3500 km uzunluğunda bir-biri ilə bağlı olan 3 boru kəməri inşa olunması, 40 milyard dollar sərmayə qoyuluşu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan Şahdəniz yatağının işlənməsi deməkdir. SOCAR da bu nəhəng layihənin bütün seqmentlərində - Şahdəniz, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərində iştirak edir.

Hazırda TAP boru kəmərinin İtaliyanın qaz şəbəkəsinə qoşulması ilə bağlı işlər hələ davam edir və gələn ay başa çatacaq. İlin sonunadək Azərbaycanın təbii qazı, tarixdə ilk dəfə olaraq, birbaşa xətt üzrə Avropaya çatdırılacaq. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz rolunu daha da artıracaq.

Azərbaycanın təhlükəsizliyi - Avropanın təhlükəsizliyi deməkdir. Cənub Qaz Dəhlizi Azərbaycanın müstəqilliyini möhkəmləndirir, çünki biz öz enerji resurslarımızı özümüzə aid olan boru kəmərləri vasitəsi ilə dünya bazarlarına çıxarmağa nail olduq. Bununla Azərbaycan həm də gələcəkdə Avropa və Asiya arasında enerji daşınmalarının habına - mərkəzinə çevrilmək imkanını əldə edib".

Aytən Zəhra
Azvision.az



Teqlər: TAP   SOCAR  





Xəbər lenti