Nazirliyin Çağrı mərkəzinə 1833 müraciət qəbul edilib

Nazirliyin Çağrı mərkəzinə 1833 müraciət qəbul edilib
  13 Oktyabr 2020    Oxunub:2362
Cari ilin üçüncü rübündə vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin Çağrı mərkəzi və qaynar xətti tərəfindən 721 zəng qəbul olunub.
Nazirlikdən Azvision.az -a bildirilib ki, daxil olan zənglərin 457-i enerji təchizatı, 58-i təbii qaz təchizatı, 56-sı elektrik və qaz sayğaclarının quraşdırılması, ikisi mərkəzi istilik sistemi, 107-si isə digər məsələlərlə bağlı olub. Zənglərin 39-nu təşəkkür xarakterli, ikisini isə Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər təşkil edib.

Ümumilikdə bu ilin 9 ayı ərzində Energetika Nazirliyinin Çağrı mərkəzi və qaynar xətti vasitəsilə 1833 zəng qəbul edilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 51,3 faiz artım müşahidə olunub. Onlardan 1109-u enerji təchizatı, 155-i qaz təchizatı, 137-si sayğaclaşdırma, 7-si mərkəzi istilik sistemi, 140-ı təşəkkür, 260-ı digər məsələlərlə bağlı olub. Zənglərin 25-ni isə Fövqəladə Hallar Nazirliyindən daxil olan müraciətlər təşkil edib. Hesabat dövründə daxil olan bütün zənglər çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Xatırladaq ki, xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində vətəndaşlar müraciətlərini (012) 598-16-53/54 telefon nömrələri, (012) 598-16-55 qaynar xətti, “974” Çağrı mərkəzi, “[email protected]” elektron poçt ünvanı, “www.minenergy.gov.az” internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.

Azvision.az


Teqlər: Energetika  





Xəbər lenti