`Qəbələ` və `Neftçi` liderliyə doğru

`Qəbələ` və `Neftçi` liderliyə doğru
  02 Fevral 2014    Oxunub:1328
Bu gün Premyer Liqada 19-cu turunun daha üç oyunu keçirilib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, son oyun günündə "Bakı" doğma meydanda "Rəvan"la qarşılaşıb. Digər oyunda isə "Neftçi" öz meydanında "Simurq"u sınağa çəkib.

Çempionluq uğrunda mübarizə aparan "Qəbələ" klubu səfərdə "Sumqayıt"ın qonağı olub.
Qeyd edək ki, turun ilk qarşılaşmasında "Qarabağ" evdə "Xəzər Lənkəran" klubuna 0:1 hesabı ilə uduzmuşdu.

2 fevral (bazar)
Premyer Liqa, 19-cu tur
14:00. "Neftçi" - "Simurq" - 3:0
Qol: Nfor, 60 (1:0), Cavid İmamverdiyev, 70 (2:0), Nfor, 85 (3:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov
İsmət Qayıbov adına qəsəbə stadionu.

14:30. "Sumqayıt" - "Qəbələ" - 0:3
Qollar: Viktor Mendi, 3 (0:1), Lorense Ebesilio, 51 (0:2), Leonardo, 57 (0:3)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov

Bayıl Arena
13:30. "Bakı" - "Rəvan" 5:1
Qollar: Cavid Hüseynov, 11-pen. (1:0), Risto Ristoviç, 20 (2:0), Xavyer Junior, 49 (3:0), Rauf Əliyev, 64 (4:0), Aleksandr Şoliç, 80 (5:0), Tyaqo, 90 (5:1)
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Elman Musayev, Teymur Fərhadov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu, əsas meydança.

1 fevral (şənbə)
"Qarabağ" - "Xəzər Lənkəran" - 0:1
Qol: Adrian Skarlatake, 49 (0:1)
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Azər Əsgərov, Mahir Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu.


Teqlər:





Xəbər lenti