Cəbhəyanı ərazilərdə top mərmiləri, raket başlığı aşkarlandı

  15 Oktyabr 2020    Oxunub : 1320
Cəbhəyanı ərazilərdə top mərmiləri, raket başlığı aşkarlandı
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Şəmkir, Tovuz, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 33 müraciət daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Evoğlu, Şükürağalı kəndləri və Quzanlı qəsəbəsi, Ağcabədi rayonunun Hacılar, Qaraxanlı, Yuxarı Qiyaməddinli, Orta Qərvənd kəndləri və Hindarx qəsəbəsi, Bərdə rayonunun Şatırlı kəndi, Füzuli rayonunun Əhmədalılar kəndi, Goranboy rayonunun Şahməmmədli, Səfikürd, Qızılhacılı, Meşəli və Tapqaraqoyunlu kəndləri, Şəmkir rayonunun Dəllər-Daşbulaq kəndi, Tovuz rayonunun Azaflı kəndi, Tərtər rayonunun Düyərli, Güləbatlı, Əskipara kəndləri və Narlıq qəsəbəsi, Gəncə şəhərinin Kəpəz rayonu ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 16 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 1 ədəd 9M33 raketinin döyüş başlığı (boş), 2 ədəd dron və 13 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 3 ədəd 152 mm-lik top mərmisi (2 ədəd OF-29 və 1 ədəd OF-45) və 2 ədəd dronu partlayış yolu ilə mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 1 805 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Azvision.az

Teqlər: ANAMA