Biləsuvar gəncləri “Fare beynəlxalq fəaliyyət kampaniyasına”na qoşulub

Biləsuvar gəncləri “Fare beynəlxalq fəaliyyət kampaniyasına”na qoşulub
  19 Oktyabr 2020    Oxunub:2896
Biləsuvar gəncləri irqçiliyin bütün formalarını pisləyən “Mübarizlər Torpağı Azərbaycan” adlı mini futbol turniri təşkil ediblər. Turnir «Football against Racism in Europe» (Avropada İrqçiliyə Qarşı Futbol) çərçivəsində təşkil olunub.
«Fare Futbol» - insanları fəaliyyət həftələri, futboldakı ayrı-seçkiliklə mübarizə və futbol yarışlarından tolerantlıq, inklüzivlik və müxtəliflik üçün maarifləndirmə məqsədilə istifadə etməyə imkan verən iki həftəlik beynəlxalq kampaniyadır. Dünyanın 40-dan artıq ölkəsinin eyni anda qoşulduğu bu iki həftəlik dövr 8 oktyabrda başlayır və 22 oktyabr 2020-ci ilə qədər davam edir.

Biləsuvar rayonundan olan azərbaycanlı gənclər UEFA-nın və FİFA-nın çoxdankı tərəfdaşı olan FARE təşkilatı tərəfindən təşkil edilən “2020 FARE Fəaliyyət Həftələri ” çərçivəsində çox millətli və çox mədəniyyətli cəmiyyətimizdə ayrı-seçkiliyin yeri olmadığını açıq bir mesajla vermək üçün bir araya gəlmişdir.

Fare - Avropa futbolundakı ayrı-seçkiliyə qarşı təsis olunmuş bir şəbəkədir. Şəbəkə, 1999-cu ilin fevralında futbol tərəfdarları qrupları, futbolçu həmkarlar ittifaqları və futbol birliklərinin toplantısından sonra Avstriyanın Vyana şəhərində qurulmuşdur. Şəbəkənin əsas vəzifəsi futbolda və cəmiyyətdə ayrı-seçkilik və sosial təcridetmə ilə mübarizədir. Bu gün « Fare »nin katibliyi, İngiltərənin London şəhərində yerləşir.

Qeyd edək ki, “Fare beynəlxalq fəaliyyət kampaniyasına”na qoşulmaqla bağlı təşəbbüsü Biləsuvar rayon Gənclər Futbol Klubu adından Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Hüquq və İnsan Haqları İnstitutunun tədqiqatçısı Səid Musayev göstərib.



Teqlər: Biləsuvar  





Xəbər lenti