Goranboyda polislər sakinlərə maska payladı

Goranboyda polislər sakinlərə maska payladı
  19 Oktyabr 2020    Oxunub:1292
Karantin rejiminin qaydalarına riayət etmək məqsədilə Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında sosial məsafənin təmin olunmasına nəzarət edir.
Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları sakinlərə xüsusi karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb və onlara tibbi maska paylayıblar.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti