ABŞ-da azərbaycanlılar CNN-ə etiraz etdi

ABŞ-da azərbaycanlılar CNN-ə etiraz etdi
  19 Oktyabr 2020    Oxunub:2819
Amerika Birləşmiş Ştatlarının Corciya Ştatında Atlantada Azərbaycan İcmasının təşəbbüsü ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində dinc əhalinin, mülki infrastrukturun hədəfə alınması ilə bağlı CNN-nin qərargahı qarşısında etiraz aksiyası keçirilib.
Azvision.az xəbər verir ki, aksiyada Atlanta ilə yanaşı, ABŞ-ın Virciniya, Alabama, Şimali Karolina ştatlarında yaşayan azərbaycanlılar da iştirak edib. Aksiya zamanı çıxış edənlər Ermənistan ordusunun törətdiyi qanlı terror aktları nəticəsində çoxlu sayda mülki şəxsin həlak olması və yaralanmasını insanlıq əleyhinə yönələn müharibə cinayəti kimi qiymətləndiriblər.

Bununla yanaşı, aksiya iştirakçıları CNN-dən işğalçı Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən müxtəlif rayonlarda dinc əhaliyə hədəflənmiş terror aktları haqqında məlumatları yayarkən ədalətli olmağı tələb ediblər.

Aksiyada ABŞ-dakı Azərbaycan icması ilə yanaşı, Ahıska türklərinin və qazax icmasının nümayəndələri də iştirak edib. Azərbaycan, Türkiyə və Qazaxıstan bayraqlarının dalğalandığı aksiyada “Gəncə üçün dua et”, “Erməni təcavüzünə son qoyun”, “ CNN, həqiqəti işıqlandır”, “ CNN ədalətli ol, Ermənistanın təcavüzünü inkar etmə”, "Erməni terrorunu dayandırın!", "Qarabağ Azərbaycandır!" və sair şüarlar səsləndirilib.

Azvision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti