Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən
Azvision.az -a verilən məlumata görə, müsabiqənin elektron sənəd qəbulu mərhələsində faktiki yaşayış yerini və əlaqə nömrəsini düzgün qeyd etməmiş namizədlərin müraciətləri nəzərə alınaraq elektron ərizələrində dəyişiklik etmək imkanı yaradılacaqdır. Faktiki yaşayış yerini və əlaqə nömrəsini düzgün qeyd etməmiş namizədlər məlumatları aşağıdakı şəkildə İnsan resursları mərkəzinin elektron poçt ünvanına (
[email protected]) göndərməlidirlər:
1. Ad, soyad, ata adı
2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
3. Fin kod
4. Əlaqə nömrəsi
5. Faktiki yaşadığı ünvan (şəhər/rayon, küçə və s.)
Müraciət üçün son tarix 22 oktyabr saat 23:59-dur.
Azvision.az