Cəbhəboyu ərazilərdə mərmi qalıqları aşkarlanıb
Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd hava-yer tipli raket zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 3688 mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Ümumilikdə agentlik tərəfindən 27 sentyabr – 21 oktyabr tarixlərində 755 siqnal (əməliyyat çağırışı) əsasında 624 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Oğuz rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, “Mingəçevir” İES-in ərazisinə, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 106 ədəd partlamamış hərbi sursat (PHS), 1143 ədəd 9N235 bombacıqları, 1180 ədəd müxtəlif çaplı patronlar, bir ədəd qaz qumbarası, 12 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 328 ədəd partlamış raket hissələri aşkar olunub.
Azvision.az