“Qarabağ” və “Makkabi”nin start heyətləri açıqlandı

  22 Oktyabr 2020    Oxunub : 2925
“Qarabağ” və “Makkabi”nin start heyətləri açıqlandı
Xəbər verdiyimiz kimi, bu gün saat 23:00-da UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” klubu səfərdə İsrailin “Makkabi” komandası ilə qarşılaşacaq.
Azvision.az xəbər verir ki, "Blumfild" stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Patrik Andrade, Xayme Romero və Abdullah Zubir yer alıblar.

“Makkabi”in ilk onbirliyində isə meydana Daniel Tenenbaum, Maor Kandil, Eytan Tibi, Şeran Yeni, Enrik Saborit, Ofir Davidzade, Eyal Qolasa, Dor Perec, Dan Qlazer, Yonaran Koen və Etey Şaxtor çıxacaqlar.

Qeyd edək ki, görüşü şotlandiyalı hakimlər briqadası idarə edəcək.

Azvision.az

Teqlər: Makkabi   Qarabağ