700 kq. yararsız məhsul məhv edilib

700 kq. yararsız məhsul məhv edilib
  04 Fevral 2014    Oxunub:1169
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakının Suraxanı, Nərimanov rayonlarında, Zaqatala, Şəki, Tovuz, Ağcabədi, Yevlax, Zərdab, İsmayıllı, Şamaxı, Qusar şəhərlərində, Lənkəran rayonunda aparılan növbəti yoxlamalar zamanı 700 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.



Teqlər:  





Xəbər lenti