Rüstəm Orucov “Böyük dəbilqə”nin qalibi oldu - YENİLƏNİB

 Rüstəm Orucov “Böyük dəbilqə”nin qalibi oldu -  YENİLƏNİB
  25 Oktyabr 2020    Oxunub:4760
Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Rüstəm Orucov böyük uğura imza atıb.
Azvision.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşdə Monqolustan təmsilçisi Anxjaya Lavjarqal, sonrakı döyüşlərdə bolqarıstanlı Mark Hristov, Rusiya təmsilçisi Musa Moquşkov, daha sonra İsveç təmsilçisi Tommi Maqiasa qalib gələrək finala yüksəlib. Final qarşılaşmasında isveçrəli Nils Stamı məğlub edən idmançımız qızıl medal qazanıb.

Qeyd edək ki, turnirin birinci günündə yığma komandamızın üzvü Orxan Səfərov (66 kq) bürünc medal əldə edib. Azərbaycan “Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb.

***
Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirinin yarımfinalına yüksəlib.

Azvision.az xəbər verir ki, R.Orucov birinci görüşdə Monqolustan təmsilçisi Anxjaya Lavjarqal, daha sonra isə bolqarıstanlı Mark Hristovu məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda İsveç təmsilçisi Tommi Masiasa qalib gələn cüdoçumuz finala adlayıb.

Turnirin birinci günündə yığma komandamızın üzvü Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.

Azərbaycan komandası “Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb.

Turnir oktyabrın 25-dək davam edəcək.

Azvision.az


Teqlər: Cüdo  





Xəbər lenti