Kolleclərin boş qalan yerlərinə qeydiyyat uzadıldı

Kolleclərin boş qalan yerlərinə qeydiyyat uzadıldı
  26 Oktyabr 2020    Oxunub:2415
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti 27 oktyabr saat 17:00-dək uzadılır.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Azvision.az


Teqlər: DİM   Kollec  





Xəbər lenti