Neft Fondu qızıl ehtiyatlarını artırıb

Neft Fondu qızıl ehtiyatlarını artırıb
  27 Oktyabr 2020    Oxunub:1797
Cari ilin əvvəlindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyyatları 0,6 ton artıb.
Azvision.az Neft Fondunun 2020-cu ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il sentyabrın 30-na ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 101,8 ton olub. İlin əvvəlinə olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın həcmi 101,2 ton idi. Beləliklə də, Neft Fondu cari ildə 0,6 ton qızıl alıb.

Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 14,4 faizini, ABŞ dolları portfelinin isə 6 milyard 186,3 milyon dollarlıq hissəsi təşkil edir.


Azvision.az


Teqlər: NeftFond  





Xəbər lenti