“Rusiya Soçi Olimpiadasında qalib gələcək” -EKSPERTLƏR

 “Rusiya Soçi Olimpiadasında qalib gələcək” -EKSPERTLƏR
  04 Fevral 2014    Oxunub:1259
Londonun South Bank universitetinin alimləri yarışlara ev sahibliyi edən ölkələrin idmançılarına etdiyi təsiri nəzərə alaraq Rusiya yığmasının Soçi Olimpiya Oyunlarında qələbə qazanacağı proqnozunu veriblər.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Current Directions in Psychological Science jurnalında yayımladığı məqalədə idmançıların yüksək nəticə əldə etməsinə 3 faktorun təsir göstərdiyini müəyyən edib.

Idman yarışlarının keçirildiyi məkan, yeni ərazidə idmançının psixoloji durumu və dəstəkləyici auditoriyanın mövcudluğu.
Yaxınlarda aparılan araşdırmalar, idmançıların psixoloji, hormonal, və davranış durumlarının bu faktorlardan asılılığını qiymətləndirməyə imkan verib.

Britaniya alimləri bu qənaətə gəliblər ki, azarkeşlərin dəstəyi stress və qərarın qəbul olunma sürətinə müsbət təsir göstərir. Aydın olub ki, idman yarışlarının keçirilmə yeri nəinki idmançılara, həm də ev sahiblərinin xeyrinə qərarlar qəbul etməkdə hakimlərə təsir göstərir.

London Universitetlərinin araşdırma aparan alimləri aldıqları nəticələrə əsasən ehtimal edirlər ki, qarşıdakı Olimpiya Oyunlarında Rusiya yığması komanda hesabında birinci yeri tutmaq üçün bütün şanslara malikdir.

Analoji araşdırmalar yalnız Böyük Britaniyada aparılmayıb. Belə ki, idman psixologiyası ilə məşğul olan Kanada alimləri hələ 2001-ci ildə idmanın professional liqa, komanda və ayrı-ayrı idmançılarının 20 illik müşahidəsindən sonra elmi hesabat yayımlamışdılar. Analizin nəticələri göstərirdi ki, “ev” oyunlarında tamaşaçıların dəstəyi idmançılara rəqibləri üzərində böyük üstünlük yaratmasına səbəb olurdu. Bu effekt həm komanda, həm də individual idman növlərində müşahidə olunurdu.

Xatırladaq ki, XXII Qış Olimpiya Oyunları fevralın 7-də Soçidə açılacaq. Beynəlxalq Olimpiya Komitəsi isə bəyan edib ki, idmançılar üçün Soçidə gözəl şərait yaradılıb və bu dəfəki oyunlar Olimpiya hərəkatında ən yaxşı təşkil edilən oyunlar olmağa əsas namizəddir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti