Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
  28 Oktyabr 2020    Oxunub:1749
Türkiyədə son sutka ərzində 76 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 2209 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 9950, virusa yoluxanlar isə 366 208 nəfərə çatıb.

Türkiyədə indiyədək 317 min 519 pasiyent (son sutkada 1511 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti