Ərdoğan: “Putinə dedim ki, bu işi bitirməliyik”

 Ərdoğan: “Putinə dedim ki, bu işi bitirməliyik”
  28 Oktyabr 2020    Oxunub:10845
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Dağlıq Qarabağ münaqişəsini ətraflı müzakirə etdiyini deyib.
Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan AKP-nin qrup iclasında məlumat verib.

“Putinə dedim ki, Cənubi Qafqazdakı münaqişəyə son qoyaq. Gəlin, bu münaqişəni birlikdə həll edək. Siz Ermənistanın baş naziri Nikol Paşinyanla, mən də qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə danışım. Nümayəndələrinizi göndərin. Bu məsələdə səmimi addım ataq. Bu işi bitirməliyik”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RəcəbTayyibƏrdoğan  





Xəbər lenti