“Yeni platformalar VPN-siz işləyəcək” - Təhsil naziri

“Yeni platformalar VPN-siz işləyəcək” -  Təhsil naziri
  30 Oktyabr 2020    Oxunub:2858
"Bir çox hallarda görürük ki, insanların VPN-lərdən istifadəsi problem yaradır. İstifadəyə verəcəyimiz yeni platformalar VPN-siz işləyəcək.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ölkədə bir sıra onlayn platformaların bərpası istiqamətində işlər aparılıb. Nazir, həmçinin qeyd edib ki, aidiyyəti orqanlarla birgə testlər həyata keçirilib.

Qeyd edək ki, noyabrın 2-dən etibarən dərslər distant formada davam edəcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   TəhsilNazirliyi  





Xəbər lenti