“Siz qarışmasanız, sülh olacaq” – Makrona oxucu məktubu

   “Siz qarışmasanız, sülh olacaq” –    Makrona oxucu məktubu
  30 Oktyabr 2020    Oxunub:7489
Bir qədər əvvəl saytımızda azərbaycanlı oxucunun Fransa Respublikasının prezidenti Emmanuel Makrona ünvanladığı açıq məktub dərc olunmuşdu. Həmin məktubda Qarabağ münaqişəsilə bağlı tarixi faktlar və onların mahiyyəti açıqlanırdı.

Diqqətinizə təqdim etdiyimiz ikinci açıq məktubda isə münaqişəyə müasir hüquqi və geosiyasi aspektlərdən nəzər salınır.
Makrona tarix dərsi – Açıq məktub

Cənab Makron, bir tərəfdən Türkiyə və Almaniyanın, digər tərəfdən Fransanın, Rusiyanın, İngiltərənin, İtaliyanın, Serbiyanın, Rumıniyanın apardıqları 1914-18-ci illərdəki Birinci Dünya Müharibəsi zamanı qarşı tərəfi zəiflətmək məqsədilə Avropa ölkələrinin çoxunun medalları ilə yaxasını bəzədən, rus generalı paqonunu daşıyan, hətta türk paşasının əlindən belə orden alan Andranik Ozanyanı kim şirnikləşdirmişdi ki, o da əsrlər boyu öz dinlərinin, dillərinin saxlanması üçün kilsələr, məktəblər tikdirən, onların maksimum komfortla yaşamaları üçün bütün şəraiti yaradan Türkiyənin belə çətin bir vaxtında ermənilərin əlilə ölkədə qiyam qaldırıb, ona arxadan zərbə vursun?

Sonunda ermənilər bu əməllərinə görə acınacaqlı vəziyyətə düşən kimi, satqınlıq simvolu olan Andranik nədənsə başqa ölkəyə yox, dərhal məhz Parisə qaçdı və hətta öləndə də orada basdırıldı.

Beləliklə türk və erməni xalqının ümumi fəlakətinin motivi, təşkilatçıları, təhrikçiləri və icraçıları məlumdur. Təhrikçi icraçıdan daha çox günahkardır – Plus peccat auctor quam actor “lat”.

Cənab Makron, siz böyük dövlətlər əsrlər boyu bir-birinizlə müharibələr aparıb, torpaqlarınızı qanlarınızla suvarsanız da, son nəticədə barışıb, hətta dostlaşa da bilirsiniz. Amma öz məlum maraqlarınız üçün müxtəlif əfsanələr quraşdırıb, erməni xalqından bir alət kimi istifadə edib, türklərlə münasibət qurmaqlarına imkan vermirsiniz. Üstəlik hələ türklərlə, o cümlədən, bizim və ermənilərin arasında saldığınız bu ədavətin araşdırılmasında hakimlik də etmək istəyirsiniz. Halbuki, heç kim öz işində hakim ola bilməz - Nemo potest dominantur opus “lat”.

Əgər sizlər geosiyasi maraqlarınız naminə ənənəvi təhrikedici “sevginizi” azaldıb, bizim işlərimizə qarışmasanız, inanıram ki, adət-ənənələri, mətbəxi, musiqisi, ümumiyyətlə, məişəti bir-birinə çox yaxın olan bu iki qonşu xalq tezliklə yenə ümumi dil tapıb, öz problemlərini asanlıqla özləri həll edə bilərlər.



Teqlər:   Makron   Qarabağ  





Xəbər lenti