Təhsil naziri: “Qızım birinci sinfə gedir”

 Təhsil naziri:  “Qızım birinci sinfə gedir”
  30 Oktyabr 2020    Oxunub:4888
"Bu il qızım birinci sinfə gedir və bu, mənə situasiyanı valideyn olaraq yaxından görmək imkanı verir. O, dərslərə başladığı dövrdən onlayn təhsil aldığı üçün düşünür ki, tədris onlayndır və vəziyyətə bir az fərqli baxır".
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, onlayn-distant təhsil zamanı birinci siniflər müəyyən təsirlərə məruz qalır.

“İndi ənənəvi təhsil mümkün deyil. Ənənəvi təhsilə qayıtdıqda ilk növbədə birinci və ikinci siniflərin dərsə başlamasının tərəfdarıyıq. Yoluxma sayının 1000-dən yuxarı olduğu indiki dövrdə risklər kifayət qədər böyükdür. Bir az səbr etmək lazımdır, növbəti həftələrdə bununla bağlı qərar verilə bilər”.

Aytən Zəhra
Azvision.az





Teqlər: Nazir   Təhsil  





Xəbər lenti