İzmirdə ölənlərin sayı 25-ə çatdı - YENİLƏNİB

 İzmirdə ölənlərin sayı 25-ə çatdı -  YENİLƏNİB
  31 Oktyabr 2020    Oxunub:9767
İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 25 nəfərə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 24 nəfərə yüksəlib.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Qeyd olunub ki, təbii fəlakət zamanı azı 804 nəfər xəsarət alıb.

***
Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində ölən və yaralananların sayı artıb.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ qurbanlarının sayı 17, xəsarət alanların sayı 709 nəfərə çatıb.

***
Bu gün Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 607 nəfərə çatıb.

***
İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 12, yaralananların sayı 438 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, hazırda zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, bu gün Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.



***
Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı isə 202 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində 4 nəfər ölüb, 152 nəfər yaralanıb.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, bu gün İzmirdə 6,6 bal gücündə zəlzələ baş verib. Təkanlar bir sıra şəhərlərdə də hiss olunub.

Azvision.az


Teqlər: Türkiyə   İzmir  





Xəbər lenti