“İlk kömək təklifi Azərbaycandan gəldi” - Çavuşoğlu

 “İlk kömək təklifi Azərbaycandan gəldi” -  Çavuşoğlu
  30 Oktyabr 2020    Oxunub:2781
İzmirdə baş verən zəlzələdən dərhal sonra ilk olaraq zəng vuran və keçmiş olsun diləklərini çatdıran, kömək etməyə hazır olduğunu bildirən Azərbaycanın Fövqəladə Hallar naziri, qardaşım Kəmaləddin Heydərova təşəkkür edirəm.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu “Tvitter”də yazıb.

“Sevincli və kədərli günlərdə birik!”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, bu gün İzmirdə 6,6 bal gücündə zəlzələ olub. Son məlumata görə, zəlzələ nəticəsində 4 nəfər həlak olub, 120 nəfər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İzmir  





Xəbər lenti