Rusiya əsrin rekordunu qıracaq

Rusiya əsrin rekordunu qıracaq
  05 Fevral 2014    Oxunub:1948
Fevralın 7-i Rusiyanın Soçi şəhərində başlayacaq Qış Olimpiya oyunlarında 88 ölkədən olan təxminən 3000 idmançının iştirak edəcəyi gözlənilir.

AzVision.az xəbər verir ki, bu rəqəm Qış Olimpiya oyunları tarixində rekord göstəricidir. Belə ki, 2010-cu ildə Kanadanın Vankuver şəhərində keçirilən oyunlarda 82 ölkə iştirak etmişdi. Soçidəki oyunlarda bu rekord təzələnəcək.

Onu da qeyd edək ki, Afrika ölkələrindən Zimbabve, Toqo və Mərakeş bu il ilk dəfə Qış Olimpiya oyunlarında iştirak edəcək. Olimpiya oyunlarında 98 qızıl medal üçün təxminən 3 min idmançı yarışacaq. Açılış mərasimində 60-a yaxın ölkənin prezidentinin iştirak edəcəyi gözlənilir.

Rusiya prezidenti Vladimir Putinin çıxışından sonra su və işıq oyunları ilə şou göstəriləcək. Soçi Qış Olimpiya oyunlarının təşkilinə 50 milyard dollar xərcləndiyi bildirilir. Olimpiya oyunlarından sonra turistlərin sayının 30% artacağı proqnozlaşdırılır.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti