ABŞ-da koronavirusa yoluxanların sayı 9 milyonu ötdü

ABŞ-da koronavirusa yoluxanların sayı 9 milyonu ötdü
  31 Oktyabr 2020    Oxunub:1543
ABŞ-da koronavirusa (COVID-19) yoluxanların sayı 9 milyon nəfəri ötüb.
Azvision.az xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da indiyədək 9 007 298 nəfər infeksiyaya yoluxub. Koronavirusa yoluxanlardan 229 293 nəfəri vəfat edib, 3 554 336 pasiyent sağalıb.

Ən çox yoluxma halları Kaliforniya (925 509), Texas (919 661), Florida (799 738) və Nyu-York (503 176) ştatlarında qeydə alınıb.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti