Braziliya Prezidentindən iddia: “Pandemiya başa çatır”

Braziliya Prezidentindən iddia:  “Pandemiya başa çatır”
  31 Oktyabr 2020    Oxunub:2018
Braziliya Prezidenti Jair Bolsonaro yeni növ koronavirus pandemiyasının "sona çatdığını" bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Prezident çıxışında, Çinin “Sinovac” şirkətinin peyvəndinə dair Braziliyanın San-Paulo əyalətinin valisi Joau Doria ilə aralarındakı fikir ayrılıqlarından da söz açıb:

“Pandemiya bitdi, zənnimcə o, (Doria - red.) insanları tez bir zamanda peyvənd etmək istəyir, çünki koronaviris bitməkdədir, mer isə deyəcək ki, bu, vaksin sayəsində oldu, aydındır? Sona çatan onun hökmranlığıdır, bu, məlumdur”.

Bundan əvvəl, Braziliya dövlət sanitariya müfəttişliyi Çin laboratoriyası “Sinovac” tərəfindən istehsal olunan 40 milyon doza COVID-19 peyvəndinin istehsalı üçün ölkəyə xammal idxalına icazə vermişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti