İzmirdə yenə zəlzələ oldu

 İzmirdə yenə zəlzələ oldu
  31 Oktyabr 2020    Oxunub:2285
Türkiyənin Egey bölgəsində 5 bal gücündə zəlzələ olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentri İzmir vilayətinin Seferihisar rayonudur. Yerli vaxtla saat 08.31-də qeydə alınan təkanların ocağı yerin 7 kilometr dərinlikdə yerləşir.

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, dünən İzmirdə 6,9 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 24 nəfər həlak olub, 800-dən çox insan yaralanıb.

Azvision.az


Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti