Həsrətyan acı məğlubiyyətlərini etiraf etdi

 Həsrətyan acı məğlubiyyətlərini etiraf etdi
  31 Oktyabr 2020    Oxunub:3754
"Bu gün biz 1992-ci ilin iyun-avqust reallığını yaşayırıq. Sizi dönə-dönə yaxın keçmişin ağır günlərini xatırlamaqla geriyə baxmağa, o dövrdə etdiyinizi və etmədiyinizi xatırlamağa, həmin günlərin təcrübəsindən yararlanmağa çağırıram".
Azvision.az xəbər verir ki, bu sözləri Qarabağdakı qondarma rejimin "müdafiə nazirliyinin" keçmiş mətbuat katibi Senor Həsrətyan "Facebook" səhifəsində yazıb.

O, erməni ordusunun döyüşlərdən geri çəkildiyini etiraf edib: "Döyüşlərin 5-ci nəsil müharibəsi olduğunu söyləməyin. Müharibələr həmişə qəddar və oxşar olur. Bu gün geri çəkilmə halları var. Özümüzü yenidən torparlamalıyıq”.

Xatırladaq ki, son günlər oxşar fikirləri işğalçı Ermənistanın digər rəhbər şəxsləri də dilə gətirirlər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Erməniordusu   Senor-Həsrətyan  





Xəbər lenti