Paşinyan Putinə yalvarıb kömək istədi

Paşinyan Putinə yalvarıb kömək istədi
  31 Oktyabr 2020    Oxunub:5051
Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə yalvarış dolu məktub göndərərək, ondan kömək istəyib.
Azvision.az xəbər verir ki, Paşinyan Putindən 29 avqust 1997-ci il tarixli "Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsi"nin 2-ci bəndi əsasında Rusiya Federasiyasının Ermənistanın təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardım növünü və miqdarını müəyyən etmək məqsədilə dərhal məsləhətləşmələrin aparılmasını xahiş edib.

Görünən odur ki, Ermənistanda anti-Rusiya siyasətinin müəllifi, Sorosun adamı olan N.Paşinyan artıq sonunun çatdığını anlayır və növbəti dəfə Putinə yalvarmağa başlayıb.

Son günlər Ermənistanda və bu ölkədən kənarda yaşayan tanınmış erməni siyasətçiləri, iş adamları Paşinyanı hakimiyyəti təhvil verməyə çağırırlar. Xeyli sayda insan kampaniyaya qoşulub.

Xatırladaq ki, Paşinyandan əvvəl Qarabağdakı separatçıların lideri Araik Arutunyan da Putinə yalvarış dolu məktub göndərmişdi.

Pərvanə Suultanova
Azvision.az


Teqlər: Paşinyan   Putin  





Xəbər lenti